Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən ailələlərə səfər edilib

28 fevral 2025 16:10

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 24-28 fevral 2025-ci il tarixlərində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqlər aparılıb, uşaqların yaşayış şəraiti, sağlamlıq və təhsil vəziyyəti ilə maraqlanılıb. Monitorinqlər zamanı ailələrə uşaqların şəxsi inkişafı və təhlükəsizliyi ilə bağlı zəruri tövsiyələr verilib.

Qeyd edək ki, ümumilikdə 60-dan çox uşaqla monitorinq qiymətləndirmələr aparılıb və bu istiqamətdə ailə səfərləri davam etdirilir.