Uşaq və Ailələrə Dəstək Mərkəzləri valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət edib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən fəaliyyət planına uyğun olaraq cari ilin aprel-may aylarında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ziyarət edilib, ailələrlə psixososial iş aparılıb.
Uşaq və Ailələrə DəstəkMərkəzləri, Rayon İcra Hakimiyyətləri, Rayon Polis Şöbələri və Sosial Xidmətlər Agentliyinin yerli bölmələrinin nümayəndələrinin iştirakı ilə baş tutan ziyarətlərdə övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların yaşayış şəraiti, sağlamlıq və təhsil vəziyyəti ilə maraqlanılıb. Eləcə də dövlət uşaq müəssisələrində yaşayan uşaqların ailələrinə qaytarılması ilə bağlı mövcud vəziyyət araşdırılıb.
Ailə səfərləri zamanı uşaqların şəxsi inkişafı və təhlükəsizliyi ilə bağlı ailələrə zəruri tövsiyələr verilib. Qeyd edək ki, ümumilikdə 50 uşaqla psixososial iş aparılıb və bu istiqamətdə ailə səfərləri davam etdirilir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi