Uşaq və Ailələrə Dəstək Mərkəzlərində vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edilir

15 avqust 2025 16:43

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) aşağıdakı vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edir.

Baş mühasib – Şüvəlan UADM, Saatlı UADM, Qəbələ UADM, Göygöl UADM, Ağdam UADM.                  

·   Baş mühasib vəzifəsi üçün müvafiq sahə üzrə ali təhsil, peşəkar mühasib sertifikatı (İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS) tələb olunur.

 ·  Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər şəxsi məlumat anketini (CV) 15 sentyabr 2025-ci il tarixinə qədər region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər. 

Qeyd: Müraciət edərkən “mövzu” bölməsində iddia edilən vəzifənin adı və rayon mütləq qeyd olunmalıdır. Şəxsi anket məlumatları (CV) Azərbaycan dilində tərtib edilməlidir.

 Yalnız müvafiq tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.