“Uşaqlara dair Strategiyanın Fəaliyyət Planı” layihəsi uşaq səfirlərlə müzakirə edilib
Paylaş:
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” layihəsinin hazırlanması məqsədilə 11 iyul 2025-ci il tarixində BMT-nin Uşaq hüquqları Komitəsinin eksperti Sofia Kiladze və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova Uşaq Səfirlər Məclisi (USM) üzvləri ilə görüşüblər.
Görüşdə USM-in fəaliyyəti haqqında məlumat verilmiş, uşaqların Fəaliyyət Planı layihəsinə dair təklifləri dinlənilib, müzakirə aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi