Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib

19 noyabr 2025 17:02

Paylaş:

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən tədbirlər keçirilib.

18 Noyabr-Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiəsi Günü münasibətilə keçirilən görüşlərdə mərkəzlərin və müvafiq qurumların əməkdaşları, müəllimlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşlərdə çıxış edən ekspertlər “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Konvensiya (Lanzarote Konvensiyası) uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hərtərəfli inkişaf etməsi üçün ölkəmizdə yaradılan şəraitdən danışıblar. Həmçinin uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi, qarşısının alınması və aidiyyəti qurumların birgə fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər.

Tədbirlərdə zorakılıq halları ilə qarşılaşlaşan zaman aidiyyəti qurumlarla əlaqəli iş və uşaq hüquqları mövzusunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda iştirakçılara 116111 – Uşaq qaynar xətti barədə məlumat verilib və mövzu ilə bağlı sosial çarxlar nümayiş etdirilib.