Uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədilə maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədilə maarifləndirici görüşlər keçirilib.
6-16 aprel 2026-cı il tarixlərində keçirilən tədbirlərdə Mərkəzlərin, rayon idarə və müəssisələrin əməkdaşları, tibb işçiləri, müəllimlər, valideynlər, gənclər və icma sakinləri iştirak ediblər.
Ekspertlər tədbir iştirakçılarını uşaqların dispanserizasiyasının əhəmiyyəti barədə məlumatlandırıb, erkən diaqnostika və profilaktik müayinələrin uşaqların sağlam inkişafındakı rolundan bəhs ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb, sağlam həyat tərzi, düzgün qidalanma, gigiyena qaydaları və mütəmadi tibbi nəzarətlə bağlı zəruri tövsiyələr verilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi