“Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmələr keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 22-25 iyun 2026-cı il tarixlərində “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmələr keçirilib.
İctimai dinləmələrdə Mərkəzlərin, yerli idarə, müəssisə və təşkilatların əməkdaşları, ekspertlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İctimai dinləmənin təşkilində məqsəd uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı mövcud vəziyyətin, qarşıya çıxan risklərin və qoruyucu mexanizmlərin müzakirəsi, uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ölkəmizdə görülən işlər barədə əhalinin məlumatlandırılması, aidiyyəti tərəflərin rəy və təkliflərinin öyrənilməsi, bu sahədə tövsiyələrin hazırlanmasıdır.
Dinləmələrdə Azərbaycan Respublikası Prezidentinin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı barədə məlumat verilib, uşaqların rəqəmsal mühitdə qarşılaşdığı risklər, onların sağlamlığa təsirləri, rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularında maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, mövcud problemlər və həlli yolları müzakirə olunub, suallar cavablandırılıb, uşaqların inkişafında ailə–məktəb–cəmiyyət əməkdaşlığının və aidiyyəti qurumlarla vətəndaş cəmiyyətinin birgə fəaliyyətinin gücləndirilməsi ilə bağlı bağlı təkliflər səsləndirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi