Uşaqların yay tətili faydalı və maraqlı tədbirlərlə yadda qalıb

2 sentyabr 2026 16:58

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların yay tətilində asudə vaxtlarını səmərəli, maraqlı, eyni zamanda öyrədici və yaddaqalan keçirməsi məqsədilə 2026-cı ilin iyun-avqust aylarında müxtəlif formatlı tədbirlər, o cümlədən “Kitabımı paylaşıram” layihəsi, “Şəxsiyyət yüksəlişi” təlim proqramı, sağlam həyat tərzi və ekoloji tərbiyə mövzularında maarifləndirici görüşlər, “Bizim bölgə” adlı ustad dərsi və rəsm sərgiləri keçirilib.

Uşaqların fərdi inkişafı üçün əvəzsiz fürsət olan yay tətilində Mərkəzlərin əməkdaşları tərəfindən onların yaşına, emosional ehtiyaclarına və maraqlarına uyğun proqramlar hazırlanıb. Uşaqlar yeni bacarıqlar öyrənərək həmyaşıdları ilə xoş anlar keçiriblər.

Yerli idarə, müəssisə və təşkilatların da dəstəyi ilə keçirilən tədbirlərdən ümumilikdə 800 nəfərə yaxın uşaq faydalanıb.