Yeni doğulmuş uşağı olan aztəminatlı ailələrlə maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, İsmayıllı, Saatlı, Sabirabad, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 04-08 avqust 2025-ci il tarixində 1-7 avqust – Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində rayon ərazisində yeni doğulmuş uşağı olan aztəminatlı ailələrlə məsləhət xarakterli, maarifləndirici görüşlər keçirilib, ailələrə sosial dəstək göstərilib. Eyni zamanda maarifləndirici materiallar paylanılıb.
Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsinin qeyd edilməsində məqsəd qadınların ana südü ilə qidalandırmanın sağlamlıq faydaları haqqında məlumatlandırılması, körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin artırılması, ana südü ilə qidalanmanın üstünlükləri və körpələrin inkişafındakı vacib rolu, eyni zamanda süni qidaların riskləri barədə valideynlərin maarifləndirilməsidir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi