Yeniyetmə və gənclərlə erkən evlilik və qohum evliliyi ilə mübarizə mövzusunda görüş keçirilib

Paylaş:
12 və 13 may 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Sənaye və Texnologiya Kolleci, həmçinin Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Erkən evlilik və qohum evliliklərinin mənfi nəticələri” mövzusundagörüşlər keçirilib.
Görüşlərdə çıxış edən Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdirinin müavini Kamila Əliyeva erkən və qohumlar arasında evlilik hallarının narahatlıq doğuran aktual ailə məsələlərindən biri olduğunu qeyd edib. Bu halların səbəb olduğu mənfi nəticələr, qarşısının alınmasına dair qəbul edilən normativ-hüquqi aktlar, dövlət ailə siyasəti, eləcə də Dövlət Komitəsinin bu sahədə reallaşdırdığı layihələr haqqında ətraflı məlumat verilib. Yalnış stereotiplər əsasında yaranan erkən evlilik, qohum evlilikləri ilə mübarizədəcəmiyyət üzvlərinin fəallığının vacibliyi vurğulanıb, yeniyetmə və gənclərə tövsiyələr verilib.
Görüşlərdə 350 nəfər tələbə iştirak edib.