Xəzər rayonunda “Uşaq Hüquqları” mövzusunda təlim keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin könüllüləri 16-17 aprel tarixlərində Xəzər rayonu 181 və Laçın rayonu 31 nömrəli tam orta məktəblərdə şagirdlərə “Uşaq Hüquqları” mövzusunda təlim keçib.
Təlim zamanı uşaqlara Komitənin təklifi ilə “Azərbaycan 2020: Gələcəyə baxış” proqramına salınması gözlənilən Milli Uşaq Strategiyasından, milli –mənəvi, əxlaqi dəyərlərə malik olan ailə modelindən, ölkəmizin uşaq hüquqları çərçivəsində qəbul etdiyi beynəlxalq sənədlərdən və Komitənin gördüyü işlərdən təlim iştirakçılarına məlumat verilib.
Təlimin sonunda maarifləndirmə bukletləri paylanılıb və mövzu ilə əlaqədar müzakirələr aparılıb.