Uşaqların Cinsi İstismardan Müdafiəsi Günü ilə bağlı tədbirlər davam edir

19 noyabr 2019

Paylaş:

    Noyabr ayında Göyçay, İsmayıllı, Qobustan rayon İcra Hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq quruplarının iştirakı ilə seminarlar keçirilib.

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva ölkəmizdə məişət zorakılığı, uşaqlara qarşı zorakılıq halları ilə bağlı mövcud vəziyyət, bu sahədə atılan addımlar barədə ətraflı məlumat verərək təqdimatla çıxış edib.

  Məlumdur ki, 2019-cu il oktyabrın 22–də ölkəmizdə Lansarote Konvensiyası ratifikasiya edilib. Bununla yanaşı ölkəmizin Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyası) imzalanması gözlənilir. Komitənin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova təlim zamanı məişət zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması sahəsində qanunvericilikdə nəzərdə tutulan prosedurlar, mühafizə orderlərinin tətbiqi, yerli qurumlar arasında əlaqələndirmə və təcrübədə mövcud problemlər və onların həlli yolları ilə bağlı təqdimatla çıxış edib.

 

    “Avropa Şurasının “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Konvensiyanın tələblərinə əsasən tədbirdə uşaqların zərərli informasiyalardan qorunması” məsələsinə toxunaraq, uşaqların internet təhlükəsizliyinin təmin olunması, internet resurslarının müsbət və mənfi cəhətləri haqqında  ərtaflı məlumatlar verilib. Təlim zamanı  uşaqların yaşlarına uyğun məlumatları əldə edə bilməsi, lakin zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan “İnformasiyanın filtrlənməsi” xidmətindən istifadə olunmasının vacibliyi qeyd olunub.  

 

Monitorinq qrupunun üzvləri bu məsələlərlə bağlı geniş müzakirələr apararaq gələcəkdə bu sahədə daha səmərəli fəaliyyət göstərəcəklərini qeyd ediblər.

 Adı çəkilən tədbirlərdən başqa Ailə Dəstək Mərkəzlərində də bir sıra tədbirlər təşkil olunub.

Noyabrın 15-də Şüvəlan Ailələrə Dəstək Mərkəzi Xəzər rayon 156 saylı məktəbdə tədbir keçirib. “Beşdən Biri” adlı “Uşaqları zorakılıqdan qoruyaq” mövzusunda olan tədbirdə 30 nəfər uşaq iştirak edib. Bundan başqa Xəzər rayonu Şağan qəsəbəsi 124 saylı orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə ilə eyni mövzuda tədbir keçirilib. Tədbirlərdə uşaqlara məşiət zorakılığı, onun yaranma səbəbləri və qarşısının alınması barədə məlumat verilib.

Tədbirin davamında uşaqlar maarifləndirici video-roliki izləyib, diskussiyalar aparıblar. Sonda məlumatlandırıcı bukletlər paylanılıb.

Bundan başqa noyabrın 18-dən Şirvan, Hacıqabul, Kürdəmir və Qaradağ rayonlarında Komitə tərəfindən günlə bağlı uşaqlara qarşı cinsi zorakılığın qarşısının alınması məqsədilə “Beşdən biri” adlı silsilə tədbirlər keçirilir və  Komitənin əməkdaşı Məftunə İsmayılova bu mövzuda tədbir iştirakçılarını maarifləndirilir. Tədbilər noyabrın 20-sinədək davam edəcək.