Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində ”Açıq qapı günü” keçirilib
Paylaş:
Dekabrın 17-i Saatlı rayon Nabatkənd kəndində Uşaq və Ailələrə Dəstək Mərkəzində ”Açıq qapı günü” keçirilib. Tədbirdə UADM-in əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Tədbirdə mərkəzin fəaliyyət istiqaməti və sakinlərin problemləri haqqında danışılıb. Bəzi rayon sakinlərinin məsələləri dərhal həll olunmuş və digər sakinlərin məsələlərinin həlli istiqamətində işlərə başlanılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi