İctimai iştirakçılıq: Təşəbbüslər və yeni çağırışlar” mövzusunda konfrans keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6 iyul 2023-cü il tarixində saat 10:00-da Radisson Hotel (“Park İnn”) otelinin “Dan ulduzu” zalında “ İctimai iştirakçılıq: Təşəbbüslər və yeni çağırışlar” mövzusunda konfrans keçiriləcək.
Tədbirdə Komitə yanında İctimai şura üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və sosial şəbəkə blogerləri iştirak edəcəkdir.
Konfrans çərçivəsində Komitə yanında İctimai şuraya üzv seçilmiş qeyri-hökumət təşkilatlarının rəhbərlərinə üzvlük vəsiqələri təqdim ediləcək.
Eyni zamanda seçkilərin keçirilməsində göstərdikləri dəstəyə görə seçki komissiyası üzvlərinin təşəkkürnamə ilə təltif edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi