Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Müraciət et
EN RU
EN RU
Müraciət et

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

  • Ana səhifə
  • Komitə
    • Haqqımızda
    • Əsasnamə
    • Rəhbərlik
    • Struktur
    • Kollegiya
    • Tərkib
    • Qərarlar
    • Apellyasiya şurası
    • İctimai şura
    • Tərkib
    • Sənədlər
    • Xəbərlər
    • Ekspertlərin reyestri
    • Beynəlxalq əlaqələr
    • Beynəlxalq tədbirlər və görüşlər
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Tender məlumatları
    • İşə qəbul
  • Qanunvericilik
    • Qanunlar
    • Məcəllələr
    • Fərmanlar
    • Sərəncamlar
    • Nazirlər Kabinetinin Qərar və Sərəncamları
    • Konvensiyalar və hesabatlar
    • Digər sənədlər
  • Vətəndaşlar üçün
    • Qəbul mərkəzi
    • Regionlarda qəbul
    • Açıq qapı günləri
    • Ən çox verilən suallar
    • Elektron müraciət
    • 860 – Dəstək xətti
  • Media
    • Press relizlər
    • Xəbərlər
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • İnfoqrafikalar
    • Açıq məlumatlar
  • Layihələr
  • Əlaqə
Komitə
Haqqımızda Əsasnamə Rəhbərlik Struktur
Kollegiya
Tərkib Qərarlar
Apellyasiya şurası
İctimai şura
Tərkib Sənədlər Xəbərlər
Ekspertlərin reyestri
Beynəlxalq əlaqələr
Beynəlxalq tədbirlər və görüşlər Beynəlxalq əməkdaşlıq
Hesabatlar Tender məlumatları İşə qəbul
Qanunvericilik
Qanunlar Məcəllələr Fərmanlar Sərəncamlar Nazirlər Kabinetinin Qərar və Sərəncamları Konvensiyalar və hesabatlar Digər sənədlər
Vətəndaşlar üçün
Qəbul mərkəzi Regionlarda qəbul Açıq qapı günləri Ən çox verilən suallar Elektron müraciət 860 – Dəstək xətti
Media
Press relizlər Xəbərlər Elanlar Fotoqalereya Videoqalereya İnfoqrafikalar Açıq məlumatlar
Layihələr
Əlaqə
< Arxiv

“Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual yarışın final mərhələsi keçirilib

28 aprel 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il “Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual yarış təşkil edilir və bununla bağlı regional seçim turları keçirilir.

Bu il ümumrespublika üzrə “Qələbəyə doğru” intellektual yarışın keçirilməsinə 2 mart 2017-ci ildə start verilib. Bu məqsədlə 11 region üzrə 2 mart-19 aprel 2017-ci il tarixlərində Azərbaycanın bütün şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə regional seçim turları (Mingəçevir, Ağcabədi, Tovuz, Gəncə, Siyəzən, Lənkəran, Saatlı, Şamaxı, Zaqatala, Zəngilan, Bakı şəhəri) keçirilib və seçim turlarında fərqlənən komandalar (Naftalan, Füzuli, Ağstafa, Goranboy, Xaçmaz, Lənkəran, Sabirabad, İsmayıllı, Zaqatala, Cəbrayıl, Sumqayıt, Xətai rayonları) final oyununda iştirak hüququ qazanıblar. Eyni zamanda qızlardan ibarət “Zəfər” komandasına da finalda iştirak üçün şərait yaradılmışdır. Məqsəd cəmiyyətdə diqqəti qızların bir daha təhsil hüququna yönəldilməsinə, elm sahəsinə marağının artırılması və bu istiqamətdə fəaliyyətinin təmin olunmasına bir mesaj verməkdir.

28 aprel, 2017-ci il tarixində BDU-da Komitə, Bakı Dövlət Universiteti və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyunun 13 komandanın iştirakı ilə final mərhələsi keçirilib. Final mərhələsinin nəticəsində Sumqayıt şəhərini təmsil edən komanda I yer, Goranboy rayonunun komandası II yer, Sabirabad rayonunun komandası isə III yer tutub.

Tədbirin bağlanış və mükafatlandırma mərasimindən öncə Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın və Ümummilli Lider Heydər Əliyevin məzarüstü abidəsi ziyarət edilib.

Tədbiri giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq təşkil edilən tədbirin əhəmiyyətini, uşaqların bilik və bacarıqlarının artırılmasında rolunu qeyd edib.

Daha sonra Komitə sədri Hicran Hüseynova hər il Komitə tərəfindən keçirilən tədbirin uşaqların bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılmasında, ölkəmizin tarixi və mədəniyyətini daha da dərindən öyrənməsində, həmçinin, asudə vaxtlarının səmərəli təşkil edilməsinə vacib olduğunu vurğulayıb. Hicran Hüseynova, həmçinin qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən insan kapitalının inkişafı sahəsində mühüm addımlar atılır və bu istiqamətdə işlər uğurla davam etdirilir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova da çıxış edərək hər il keçirilən intellektual oyununun keçirilməsinin əhəmiyyətini vurğuladı.

Tədbir zamanı “Azərtac” Dövlət İnformasiya Agentliyi tərəfindən hazırlanmış, regional seçim turlarının maraqlı anları, uşaqların sevinci, oyunun gedişatını özündə əks etdirən video çarx, eləcə də final oyununu özündə əks etdirən video-təqdimat nümayiş edilib.

Komitə tərəfindən I yerin qalibi olmuş Sumqayıt şəhərini təmsil edən komandanın 5 üzvünə planşet və diplomlar, II yerin sahibi olan Goranboy rayonunun qaliblərinə Bakı Dövlət Universiteti tərəfindən planşet və diplomlar, III yerin sahibi olan Sabirabad rayonunun qaliblərinə  isə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən planşet və diplomlar təqdim edilib. I yerin qalibi olmuş Sumqayıt komandasına Komitə tərəfindən ənənəvi “Qələbəyə doğru” kuboku verilib.

Final yarışında iştirak edən və fərqlənən komandalar isə “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyunda fəal iştirakına görə diplomu ilə təltif olunub.

 
 

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  • Ana səhifə
  • Komitə
  • Qəbul mərkəzi
  • Müraciət
  • Ən çox verilən suallar
  • Əlaqə
  • Telefon:  (+994 12) 498 00 92
  • E-poçt:  office@family.gov.az
  • Faks:  (+994 12) 493 58 72
  • Ünvan:  Ü.Hacıbəyli 80,Hökumət Evi, IV Qapı
Copyright © 2006-2025 Bütün hüquqlar qorunur