Media
Press relizlər
Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının sessiyasında çıxış edəcək
Paylaş:
10-21 mart 2025-ci il tarixlərində ABŞ-nin Nyu-York şəhərində BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının Pekin Bəyannaməsi və Platformasının icrası, eləcə də qiymətləndirilməsinə həsr olunan 69-cu sessiyası keçiriləcək.
Sessiyada Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
Sessiya çərçivəsində keçiriləcək yüksək səviyyəli dəyirmi masada, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRİC), BMT-də İslam Əməkdaşlıq Təşkilatının Daimi Nümayəndəliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı iqlim koalisiyası – KOB-ların yaşıl keçidi: qadınların gücləndirilməsi” mövzusunda təşkil ediləcək yan tədbirdə Komitə sədri B.Muradovanın çıxışı nəzərdə tutulmuşdur.
Qeyd edilənləri nəzərə alaraq, ABŞ üzrə xüsusi müxbirinizin Nyu-York şəhərinə ezam olunmasını və tədbirlərin işıqlandırılmasına köməklik göstərilməsini Sizdən xahiş edirik.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi