Media

Press relizlər

“Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda konfrans keçiriləcək

24 noyabr 2025 09:26

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 25 noyabr 2025-ci il tarixində, saat 10:00-da Bakı şəhərində “Fairmont” hotelində “Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda konfrans keçiriləcək. Tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunur.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları, mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları və digər rəsmi qonaqların iştirakı gözlənilir.

Qeyd edək ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası hər il 25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə qədər keçirilən beynəlxalq kampaniyadır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il bu çərçivədə müxtəlif formatlı tədbirlər, ictimai maarifləndirmə kampaniyaları və sosial təşəbbüslər həyata keçirir.