Media

Press relizlər

“Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının iştirakçıları ilə görüş keçiriləcək

29 sentyabr 2025 17:45

Paylaş:

30 sentyabr 2025-ci il tarixində saat 15.00-da “Rabitəbank” ASC-nin Baş ofisində (Nəsimi ray., Füzuli küç.71) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Sən tək deyilsən” layihəsinin istiqamətlərindən biri olan “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində tədbir keçiriləcək.

            Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və şəhid xanımları iştirak edəcəklər.