Media

Press relizlər

"Maarifçilik yolunda davamlı irs: Səidə İmanzadə -115" adlı tədbir keçiriləcək

24 dekabr 2025 10:19

Paylaş:

Hörmətli media nümayəndələri,

Sizi “Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək “Maarifçilik yolunda davamlı irs: Səidə İmanzadə-115" adlı tədbirə dəvət edirik.

Görkəmli pedaqoq, Əməkdar müəllim Səidə İmanzadənin 115 illik yubileyinə həsr olunmuş ttədbirin məqsədi Azərbaycanda maarifçilik ənənələrinin davam etdirilməsi, Səidə İmanzadənin zəngin pedaqoji irsinin gənc nəslə ötürülməsi və qızların təhsilinin təşviqidir.

Tədbirdə millət vəkilləri, ictimai xadimlər, vətəndaş cəmiyyətinin nümayəndələri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak edəcəklər.

Tədbirin tarixi: 25 dekabr 2025-ci il

Saat: 12:00

Məkan: Bakı Dövlət Universiteti, Əsas bina, 3-cü mərtəbə, Heydər Əliyev Lektoriyası