Media
Press relizlər
“Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində əhali ilə növbəti görüş keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi üzrə Qobustan rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində əhali ilə növbəti görüş keçiriləcəkdir.
Layihənin əsas məqsədi ölkənin tanınmış ziyalıları, elm, mədəniyyət, idman və din xadimlərini regionlara cəlb etməklə əhali ilə birbaşa ünsiyyət platforması yaratmaq, aktual sosial mövzular ətrafında fikir mübadiləsi aparmaq və gənc nəslin sağlam, savadlı, məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək verməkdir.
Görüş iki formatda keçiriləcəkdir. İlkin görüş həmin bölgənin ziyalıları ilə (ictimaiyyətə qapalı) təşkil olunacaq və görüş zamanı region üzrə yerli əlaqələndirici şura yaradılacaqdır. Növbəti görüş isə geniş ictimaiyyət üçün təşkil olunacaqdır. Əhali ilə keçiriləcək görüş zamanı ziyalılar öz təcrübələrinə əsaslanaraq bölgə üçün aktual mövzular ətrafında çıxış edəcək, iştirakçıların suallarını cavablandıracaqlar.
“Parlayan ZİYA” layihəsinin gələcəkdə ölkənin digər regionlarında da mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Görüş 17 iyul 2026-cı il tarixində saat 11.00-da Qobustan rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi