Media
Press relizlər
“Sən tək deyilsən - Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı
Paylaş:
5 oktyabr 2026-cı il tarixində saat 15.00-da “Rabitəbank” ASC-nin Baş ofisində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Sən tək deyilsən - Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək Proqramı çərçivəsində görüş keçiriləcək.
Tədbirdə cari il ərzində ali məktəblərə daxil olmuş şəhid xanımları və şəhid anaları ilə görüş təşkil ediləcək.
Tədbirin əhəmiyyətini nəzərə alaraq işıqlandırılmasına dəstək göstərməyinizi xahiş edirik.
Ünvan: Bakı şəh.,Nəsimi ray., Füzuli küç.71
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi