Media
Press relizlər
“Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” mövzusunda konfrans keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 noyabr 2025-ci il tarixində, saat 15:00-da Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” mövzusunda konfrans keçiriləcək. Tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi