Media
Press relizlər
“Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzusunda konfrans keçiriləcək
Paylaş:
14 noyabr 2025-ci il tarixində saat 10:00-da “Radisson” hotelinin “Dan ulduzu” zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlığı çərçivəsində “Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzusunda konfrans keçiriləcək.
Tədbirin məqsədi açıq hökumət prinsiplərinin təşviqi, dövlət idarəçiliyində şəffaflığın artırılması, uşaqların rəqəmsal xidmətlərdə iştirakının genişləndirilməsi, bu sahədə mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsidir.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Baş Prokurorluq, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyinin, həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri çıxış edəcək.
Müzakirələr zamanı uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, onların açıq hökumət və elektron xidmət platformalarına çıxış imkanlarının artırılması, bu prosesdə dövlət qurumlarının və ictimai təşkilatların birgə fəaliyyətinin əhəmiyyətinə diqqət çəkiləcək.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi