Media
Press relizlər
“Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda brifinq keçiriləcək
Paylaş:
Hörmətli media nümayəndələri,
Sizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda brifinqdə iştirak etməyə dəvət edirik.
Brifinq 18 dekabr 2025-ci il tarixində saat 11:00-da (saat 10:00 qeydiyyat/çay-kofe) Komitənin akt zalında baş tutacaq. Tədbir zamanı uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, zərərli informasiya riskləri və profilaktik tədbirlər barədə aktual məsələlər media nümayəndələrinin diqqətinə çatdırılacaq. Brifinq çərçivəsində sual-cavab sessiyası da keçiriləcək.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi 80, Hökumət evi, 4-cü qapı.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi