Media
Press relizlər
“Zəfərdən ilhamlanan Gəncliklə Gələcəyə” mövzusunda tədbir keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində 4 noyabr 2025-ci il tarixində, saat 15:00-da Bakı Gənclər Mərkəzində
“Zəfərdən ilhamlanan Gəncliklə Gələcəyə” mövzusunda tədbir keçiriləcək.
Tədbirdə əsas məqsəd, Şanlı Zəfər Yolunda Azərbaycan xalqının, ordusunun göstərdiyi şücaəti, əzmi uşaqların diqqətinə çatdırmaqdır.
Tədbir zamanı, Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinin və Bakı şəhəri 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbələri tərəfindən musiqilər səsləndiriləcək.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi