“Qaynar xəttin əsas iş prinsipləri” mövzusunda təlimlər
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2024-cü ilin iyun, sentyabr və dekabr aylarında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, eləcə də ölkənin işğaldan azad olunmuş ərazilərinə geri qayıdan əhaliyə dəstək göstərilməsi, onların adaptasiyasının səmərəli şəkildə həyata keçirilməsi məqsədilə “Qaynar xəttin əsas iş prinsipləri” mövzusunda təlimlər keçirilib.
Təlimlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Qarabağ və Şərqi Zəngəzur Regional Təhsil İdarələri, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Füzuli, Laçın, Zəngilan, Xocalı, Cəbrayıl, Ağdam, Xocavənd, Qubadlı, Kəlbəcər rayon və Şuşa şəhər İcra Hakimiyyətləri, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinin, eləcə də Komitənin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları iştirak ediblər.
66 nəfərin qatıldığı təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Keçid linkləri:
11-13 iyun 2024-cü il tarixində keçirilən təlim
17-19 sentyabr 2024-cü il tarixində keçirilən təlim
3-5 dekabr 2024-cü il tarixində keçirilən təlim
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi