İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi

 

2024-cü il ərzində 303 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 73 tədbirdən 2982 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 82 həssas ailəyə səfər edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 3537 nəfər bəhrələnib.

 

Ünvan: İsmayıllı şəhəri, A.Aslanov küçəsi 6.

Əlaqə nömrələri: (02028) 5-10-46, (02028) 5-14-46

Facebook linki: https://www.facebook.com/UsaqDestek

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində fiziki tərbiyə rəhbəri (təlimatçı) vakant vəzifəsi üzrə işə qəbul müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin fiziki tərbiyə rəhbəri (təlimatçı) vakant vəzifəsi üzrə işə qəbul müsabiqəsi elan edir. Vəzifə barədə ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: Vəzifə təlimatları Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 03 aprel – 06 may 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) region@family.gov.az electron poçt ünvanına göndərə bilərlər. Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək. Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru şəh. (+99412) 493-79-62 mob. (+99451) 230-54-87

Ətraflı
Regionlarda növbəti dəfə “açıq qapı” günü keçirildi

28 fevral 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə “açıq qapı” günü keçirilib. Psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, uşaq hüquqlarının müdafiəsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq kimi məsələlər daxil olmaqla, ümumilikdə, 101 müraciət dinlənilib, problemlərin həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib. Eyni zamanda uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. Qeyd edək ki, “açıq qapı” Ağdam rayonunun Təzəkənd qəsəbəsi, Goranboy rayonunun Qaramusalı, İsmayıllı rayonunun Sumağallı, Saatlı rayonunun Azadkənd, Zaqatala rayonunun Qazangül, Zərdab rayonunun Körpükənd kəndlərində səyyar şəkildə təşkil olunub.

Ətraflı