Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun rüblük iclası keçirildi

  11 iyul 2025-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirildi İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və ekspertlər, o cümlədən Vəkillər Kollegiyasının və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndələri iştirak edib. “Monitorinq və əlaqələndirmə qrupunun 2025-ci il üzrə Tədbirlər Planı”, “Məişət zorakılığının qarşısının alınması sahəsində cavab tədbirlərinin monitorinqi üzrə meyarlar”ın layihəsi və məişət zorakılığı ilə bağlı ölkə üzrə toplanılmış statistik məlumatların müzakirəsi gündəlikdə duran əsas məsələlərdən olub.  

Ətraflı
Regionlarda sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 7-11 iyul 2025-ci il tarixlərində mərkəzlərdə, təhsil müəssisələrində, istirahət parklarında mərkəzlər, rayon icra hakimiyyətləri və bələdiyyələrin əməkdaşları, Uşaq Səfirlər Məclisinin nümayəndələri, tibb işçiləri, uşaqlar, yeniyetmə və gənclər, icma sakinlərinin iştirakı ilə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə interaktiv seminarlar keçirilib. Tədbirlərdə ekspertlər tərəfindən iştirakçılara sağlam həyat tərzinin qaydaları barədə ətraflı məlumat verilib, zərərli vərdişlərin fəsadlarından bəhs edilib, gigiyenik qaydalara əməl etmək, düzgün qidalanmaq, idmanla məşğul olmaq tövsiyə edilib, iştirakçılarla qrup işləri aparılıb. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirmə materialları paylanılıb.

Ətraflı
“Azərbaycanda genderəsaslı cins seçimi (selektiv abort) və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları” mövzusunda ictimai müzakirə keçirildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yanında İctimai şuranın təşkilatçılığı ilə 11 İyul – Ümumdünya Əhali Gününə həsr olunmuş “Azərbaycanda genderəsaslı cins seçimi (selektiv abort) və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirin əsas məqsədi dünyada cinsə görə edilən selektiv abortların sosial, hüquqi və texnoloji səbəblərini dəyərləndirmək və problemin aradan qaldırılması üçün real həll yolları irəli sürmək olub. Tədbirdə çıxış edən Komitə yanında İctimai şuranın üzvü Məryəm Məcidova bildirib ki, selektiv abort hallarının əsas səbəblərindən biri ailələrdə hələ də mövcud olan sosial və mədəni stereotiplərdir. Bu kimi dərin köklü sosial stereotiplərlə mübarizə yalnız qanunvericiliklə deyil, eyni zamanda, təhsil və ictimai maarifləndirmə vasitəsilə aparılmalıdır. Gender bərabərliyinin təbliği bu istiqamətdə əsas strategiyalardan biri ola bilər. Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitə və komissiyalarla iş sektorunun məsləhətçisi Aynur Veysəlova isə bildirib ki, cinsiyyətəsaslı abortların yayılması, xüsusilə, texnologiyalardan, o cümlədən ultrasəs müayinələrindən sui-istifadə nəticəsində baş verir. Erkən mərhələlərdə cinsin müəyyənləşdirilməsi tibbi zərurətdən daha çox sosial üstünlüklərə əsaslanan seçim məqsədilə həyata keçirilir. Belə halların qarşısının alınması üçün hüquqi tənzimləmələrlə yanaşı, praktikada icra mexanizmlərinin də gücləndirilməsinə ehtiyac var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Demoqrafik məsələlər sektorunun müdiri Nailə Verdiyeva və Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov problemin yalnız statistik və hüquqi deyil, həm də dərin mədəni və psixoloji köklərə sahib olduğunu vurğulayıblar. Onlar ailə institutu, təhsil sistemi və media vasitəsilə gender bərabərliyinin təşviq edilməsinin vacibliyini vurğulayıblar. Tədbirdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Səfərova və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.  Müzakirələrin yekununda İctimai şura üzvlərinin isə fəaliyyətlərində məsələ ilə bağlı verilən təklifləri və əldə olunan nəticələri nəzərə alacaqları diqqətə çatdırılıb.   

Ətraflı
“Uşaqlara dair Strategiyanın Fəaliyyət Planı” layihəsi uşaq səfirlərlə müzakirə edilib

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” layihəsinin hazırlanması məqsədilə 11 iyul 2025-ci il tarixində BMT-nin Uşaq hüquqları Komitəsinin eksperti Sofia Kiladze və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova Uşaq Səfirlər Məclisi (USM) üzvləri ilə görüşüblər. Görüşdə USM-in fəaliyyəti haqqında məlumat verilmiş, uşaqların Fəaliyyət Planı layihəsinə dair təklifləri dinlənilib, müzakirə aparılıb.

Ətraflı
Dövlət Komitəsində mediatorlar üçün təşkil olunan seminarlar yekunlaşıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Mediasiya Şurasının dəstəyi ilə 7–11 iyul 2025-ci il tarixlərində mediatorlar üçün təşkil olunan seminarlar yekunlaşıb.  Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssis – Ankara Sosial Elmlər Universitetinin Hüquq Fakültəsinin müəllimi, dosent doktor, Türk Dünyası Mediatorlar Birliyi Təhsil Komissiyasının sədri, mediator Yasemin Güllüoğlunun rəhbərliyi ilə həyata keçirilən seminarlarda 40 nəfərdən çox mediatr iştirak edib. Mütəxəssisin səfəri çərçivəsində hər gün yeni qrup iştirakçılara mediasiyanın prinsipləri, ailədaxili mübahisələrin həlli ilə məşğul olan mütəxəssislərin mediasiya prosesində rolu, yeni mexanizmlər, mediasiya iştirakçıları ilə düzgün ünsiyyətin qurulması və s. kimi məlumatlar təqdim edilib, müxtəlif metodlar birgə icra olunub. Bütün iştirakçılara Azərbaycan dilinə tərcümə edilmiş məlumat kitabçaları, anket sorğuları və testlər təqdim olunub. Səfər çərçivəsində Yasemin Güllüoğlunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində, Bakı şəhərində yerləşən Mediasiya Təşkilatlarında  və Azərbaycan Universitetində görüşləri təşkil olunub. Cari il ərzində görülən işlərin davamı olaraq, mütəxəssisin oktyabr ayında ölkəmizə növbəti səfəri planlaşdırılır. Qeyd edək ki, seminar Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı bəndində (Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi) nəzərdə tutulan fəaliyyətin icrası çərçivəsində təşkil olunub.

Ətraflı
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, xatirəsi ehtiramla yad edilib. 11 iyul 2025-ci il tarixində keçirilən qəbul zamanı Balakən və Zaqatala rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında uşaqla ünsiyyət, sosial dəstəyin göstərilməsi, işlə təmin olunma, ailələr arasında yaranan problemin həllinə köməklik göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, uşaqların müalicəsi, əlillik statusunun təyin olunması, ailədaxili münasibətlər və digər məsələlər yer alıb. Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.  

Ətraflı
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nın hazırlanması məqsədilə ilkin müzakirələr keçirilib

7-10 iyul 2025-ci il tarixlərində BMT-nin Uşaq Hüquqları Komitəsinin eksperti Sofia Kladze və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru, yerli ekspert Kəmalə Aşumova ilə birgə müvafiq dövlət qurumlarının əməkdaşlarından ibarət işçi qrupun üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nın hazırlanması məqsədilə ilkin müzakirələr aparılıb. Görüşlər zamanı, fəaliyyət planına daxil edilmiş tədbirlər ətrafında müzakirələr aparılıb, iştirakçı qurumların əlavə təklif və rəyləri nəzərə alınaraq sənədin təkmilləşdirilməsi istiqamətində razılaşdırılmış məsələlər müəyyən edilib.

Ətraflı
9 iyul diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür

Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür. Diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğur diləyirik!

Ətraflı
Bahar Muradova “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransda çıxış edib

“Həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm icra mexanizmlərinin formalaşdırılması, həm də mətbuat işçiləri üçün yaradılan əlverişli şərait baxımından Azərbaycan mətbuatı özünün ən yüksək inkişaf səviyyəsinə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə çatmışdır.”   Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans çərçivəsində təşkil olunan “Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri” panel sessiyasında çıxışı zamanı səsləndirib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin media sahəsində həyata keçirdiyi islahatlar azad və peşəkar medianın formalaşmasında mühüm rol oynayıb. Ulu öndər mətbuat nümayəndələrinə daim xüsusi diqqət və qayğı ilə yanaşırdı. Onun mətbuata münasibəti hər zaman aydın, qəti və ictimaiyyətə açıq idi. Heydər Əliyev mətbuatın azad, obyektiv, məsuliyyətli və peşəkar fəaliyyət göstərməsini ölkənin demokratik inkişafının əsas şərtlərindən biri kimi dəyərləndirirdi. Komitə sədri qeyd edib ki, cəmiyyət inkişaf etdikcə, mətbuat sahəsində də tərəqqi özünü göstərir.   Demokratik dünyanın və demokratik düşüncəli insanların kəşf etdiyi və arxasında dayandığı ən önəmli nailiyyətlərdən biri mətbuatdır. Mətbuatın yaranması, keçdiyi yol və əldə etdiyi uğurlar barədə danışarkən nəzərə almaq lazımdır ki, əgər müstəqilliyimizin tarixi 100 ildən bir qədər artıqdırsa, mətbuatımızın yaranma tarixi onu da qabaqlayır. Bu baxımdan,müstəqil dövlətlərin qurulması, inkişaf etməsi həm də elə mətbuatın əldə etdiyi nailiyyətdir.   B. Muradova diqqətə çatdırıb ki, Heydər Əliyev milli kimliyin qorunmasında ailə dəyərlərinin mühüm rol oynadığını xüsusi vurğulayırdı. O, Azərbaycan ailə dəyərlərinə böyük önəm verir, ailəni cəmiyyətin, dövlətin və xalqın əsas nüvəsi hesab edirdi. Ulu öndərin fikrincə, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində medianın üzərinə böyük məsuliyyət düşür. Bu səbəbdən də Heydər Əliyev jurnalistlərə yalnız informasiya ötürən deyil, eyni zamanda ailə dəyərlərinin təbliğatçısı, daşıyıcısı və qoruyucusu olmağı tövsiyə edirdi.   Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə baş tutan panel sessiyada Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov və əməkdar jurnalist Vüqar Rəhimzadə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının tarixi inkişaf yoluna verdiyi töhfələr, söz və ifadə azadlığının təmin olunması, eləcə də media nümayəndələrinin peşəkarlığının artırılması sahəsində göstərdiyi müstəsna xidmətlərini diqqətə çatdırıblar.

Ətraflı