Media
Xəbərlər

Regionlarda uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 17-20 iyun 2025-ci il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə mərkəzlərin əməkdaşları, rayon icra hakimiyyətləri, gənclər evi, təhsil sektoru, mədəniyyət işçiləri, valideynlər və uşaqların iştirakı ilə mərkəzlərdə interaktiv görüşlər keçirilib, bölgələrdə yerləşən görməli yerlərə, tarix diyarşünaslıq muzeyləri, rayon Heydər Əliyev Mərkəzləri, tarixi məkanlara ekskursiyalar təşkil edilib. İnteraktiv görüşlərdə asudə vaxtın səmərəli təşkil edilməsi, ailədə birlikdə faydalı zaman keçirməyin əhəmiyyətindən danışılıb, bu istiqamətdə aidiyyəti qurumların və valideynlərin üzərinə düşən məsuliyyətdən bəhs edilib.

Bahar Muradova Sabirabad rayonunda vətəndaşları qəbul edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sabirabad rayonunda vətəndaşları qəbul edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşlarınqəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, 20 iyun 2025-ci il tarixində keçirilən qəbul zamanı Sabirabad, Saatlı və İmişli rayon sakinlərinin müraciətləri dinlənilib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında hüquqi yardım, uşaqların müalicəsi, işlə təmin olunma, sosial dəstəyin göstərilməsi və digər məsələlər yer alıb. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Jurnalistlər üçün elan edilən müsabiqənin müddəti 4 iyul 2025-ci il tarixinədək uzadıldı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin jurnalistlər üçün elan etdiyi müsabiqənin müddəti 4 iyul 2025-ci il tarixinədək uzadıldı. Müsabiqənin linki

Xankəndi şəhərində təhsil alan Nərgiz Babazadənin müsahibəsi
Xankəndi şəhərində yeni məktəbdə təhsil almaqdan çox məmnunam. Biz şəhidlərimizin və qazilərimizin sayəsində buradayıq. Doğma torpaqlarımızda təhsil almaq çox qürurverici hissdir. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nərgiz Babazadə deyib. Məktəbdə istedadı, nizam-intizamı, oxumağı ilə fərqlənən Nərgiz ən çox xarici dilə və humanitar fənlərə maraq göstərir. Deyir ki, onu dostları və valideynləri motivasiya edir. Hələ ki, ixtisasını seçməyib, amma xaricdə təhsil almağı planlaşdırır. Nərgiz Babazadə təkcə dərslərini yaxşı oxumaqla kifayətlənmir. O, məktəbin ictimai işlərində də fəal iştirak edir, musiqi və rəsm sahəsində istedadı ilə seçilir: “Beşinci sinifdə oxuyanda rəsm müsabiqəsində iştirak etmişəm. Qida təhlükəsizliyi barədə çəkdiyim rəsmlə qalib olaraq sertifikat almışam. Pianino ifa etməyi sevirəm. May ayında keçirilən uşaq incəsənət festivalında iştirak etmişəm. Onun nəticələri iyul ayında məlum olacaq. Boş vaxtlarımda şahmat oynamağı, pianino ifa etməyi, şəkil çəkməyi və kitab oxumağı xoşlayıram. Ən çox Azərbaycan və ingilis dillərində kitablar oxuyuram. İngilis dilində oxuduğum Şarlotta Brontenin “Ceyn Eyr” əsəri və Çarlz Dikkensin “Oliver Tvistin macəraları” ən çox sevdiyim kitablardır”. Müsahibənin Linki

Uşaq Əməyinin qarşısının alınması istiqamətində tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Göygöl, Hacıqabul, İsmayıllı, Saatlı, Sabirabad, Şüvəlan, Zaqatala, Zərdab, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 10-13 iyun 2025-ci il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində və 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü münasibətilə mərkəzlər, Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsinin əməkdaşları, təhsil sektoru, səhiyyə, bələdiyyə, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, mərkəzlərin ekspert qrupunun üzvlərinin iştirakı ilə dəyirmi masa və maarifləndirici görüşlər keçirilib. Tədbirlərdə çıxış edənlər bildiriblər ki, bu günün keçirilməsinin məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır. Müzakirələr zamanı ölkəmizdə uşaq əməyinin istismarı hallarına qarşı həyata keçirilən maarifləndirmə tədbirlərindən, uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edilib, təkliflər dinlənilib.

“Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi il 2025-ci ilin may-iyun ayları ərzində Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib.35, 144 nömrəli tam orta məktəblərdə, Humanitar fənlər təmayüllü məktəb-liseydə və İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçirilən görüşlərd' 407 nəfər iştirak edib.Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim -mütəxəssisi Pərvin Quliyeva çıxış edərək, sağlam həyat tərzinin formalaşmasında insan sağlamlığına müsbət təsir edən amillər, ziyanlı vərdişlərin gənclərin reproduktivsağlamlığına göstərdiyi mənfi təsirlər, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlər, ailə planlaşdırılmasının vacibliyi, erkən və qohum nikahların fəsadları haqqında danışıblar. İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında aparılan müzakirələrdən sonra “Erkən nikaha son”, “Genofondumuzu qoruyaq” adlı sosial çarxlar nümayiş etdirilib.

Sədaqət Qəhrəmanova “Gender sahəsində ədalətdən davamlı sülhə doğru: 25 illik baxış” adlı yüksək səviyyəli beynəlxalq konfransda iştirak edib
12-13 iyun 2025-ci il tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən beynəlxalq konfrans BMT Təhlükəsizlik Şurasının 1325 nömrəli qadın, sülh və təhlükəsizlik mövzusunda qətnaməsinin qəbulunun 25 illiyinə həsr olunub. Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının, həmçinin qadınların sülh və təhlükəsizlikdə rolunun inkişafı məqsədilə qlobal çərçivə yaratmış BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin icrası istiqamətində beynəlxalq konvensiyaların, minilliyin inkişafı məsələlərini əhatə edən aktların qəbulunu gender bərabərliyi sahəsində qlobal səviyyədə əldə edilən mühüm nəticələrimiz olduğunu qeyd edib. Həmçinin bildirib ki, qadınların sülh və təhlükəsizlik sahəsindəki rolunun artırılması ilə bağlı fəaliyyət Azərbaycanda gender bərabərliyi, gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərin görülməsi məqsədilə qəbul edilmiş qanunvericilikdə öz əksini tapır. S.Qəhrəmanova ölkəmizdə aparılan dövlət qadın siyasəti, eləcə də gender bərabərliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verib. Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə bütün humanitar hüquqi normalara və beynəlxalq müharibə qaydalarına əməl etdiyini diqqətə çatdıran S.Qəhrəmanova, münaqişə dövründə heç bir mülki infrastrukturun və dinc əhalinin hədəfə alınmadığını vurğulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərə diqqət çəkən sədr müavini, bu parlaq qələbənin dünya üçün nümunə olduğunu qeyd edib.Azərbaycanın tarixi Qələbə yolunun beynəlxalq təşkilatlar və hərbi ekspertlər tərəfindən öyrənilməsinin vacibliyini əlavə edib. O, işğaldan azad olunmuş ərazilərin abadlaşdırılması, minalardan təmizlənməsi və insanların təhlükəsiz qayıdışının təmin edilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Çıxışının sonunda Pekin Bəyannaməsi və Fəaliyyət Platforması, eləcə də BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin öhdəliklərini də özündə ehtiva edən gələcək fəaliyyətin qadınların bütün sahələrdə bərabər iştirakına töhvə verəcəyinə inamını ifadə edib. Konfransda altı tematik sahə üzrə panel müzakirələri aparılıb, çıxışlar dinlənilib. Daha sonra "Yardım və bərpa:humanitar müdaxilə və münaqişədən sonra yenidənqurmada qadınların rolu"na dair interaktiv qrup müzakirələrində ölkəmizdən Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl çıxış edib. İnteraktiv qrup müzakirələrində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova qeyd edib ki, Azərbaycan 44 günlük müharibədə qələbə əldə etdikdən sonra öz doğma torpaqlarına qayıdan əhalinin, xüsusən qadın və qızların təhlükəsiz yaşamaq hüququnu bərpa etmək, onların öz yaşayış yerlərinə uğurlu reinteqrasiyasını təmin etmək üçün bütün zəruri addımlar atılır. O, Vətən müharibəsindən sonra yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə qəbul edilmiş dövlət proqramlarından bəhs edib. Qeyd edib ki, dövlət proqramlarında ərazilərdə ailə, qadın və uşaq problemlərinin həlli, habelə hədəf şəxslərin müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə icma resurs mərkəzlərinin və ailə mərkəzlərinin yaradılması, gənclərin, qadınların və əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının dəstəklənməsi tədbirləri öz əksini tapır. Qeyd edək ki, Bosniya və Herseqovinanın İnsan Hüquqları və Qaçqınlar üzrə Nazirliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatının, BMT Baş Katibinin Sülh Quruculuğu Fondunun və Danimarka Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil edilən konfransda hökumət nümayəndələri, vətəndaş cəmiyyəti liderləri, beynəlxalq təşkilatlar bir araya gəlib.

Sabirabadda vətəndaş qəbulu keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 20 iyun 2025-ci il tarixində, saat 11:00-da Sabirabad rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Sabirabad, Saatlı və İmişli rayon sakinlərinin müraciətlərinə baxılacaq

Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun bağlanış mərasimi keçirilib
Öncə Gənc Ailə Forumu çərçivəsində Türk Dövlətlərinin milli atributlarından ibarət sərgiyə baxış keçirilib. Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, hər iki məhsuldar günün qarşılıqlı təcrübə mübadiləsi baxımından yalnız Azərbaycanın deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatının müvafiq sahə nazirlərinin fəaliyyət istiqamətində yaddaqalan olduğunu qeyd edib. Komitə sədri Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının iştirakçılarına ünvanladığı müraciətə görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib, bütün türk dünyası ailələrinə, gənc ailələrə münasibətinə, xüsusən də qadınlara, onların cəmiyyət və ailə həyatındakı roluna verdiyi qiymətə görə dərin minnətdarlığını ifadə edib. Ötən il İstanbul şəhərində baş tutan birinci iclas çərçivəsində imzalanmış birgə Bəyannaməyə diqqət çəkən sədr, bu dövr ərzində sənəddə əksini tapan bəndlərin icrası ilə bağlı ikitərəfli və çoxtərəfli formatda işlərin həyata keçirildiyini qeyd edib. Vurğulayıb ki, üzv ölkələr həm milli miqyasda, həm də türk dünyası səviyyəsində bu vəzifələrin ardıcıl və sistemli şəkildə yerinə yetirilməsində tam qətiyyət nümayiş etdirirlər. B.Muradova qeyd edib ki, ailələrin sosial rifahının və dayanıqlığının təmin olunmasına xüsusi diqqət yetirilməlidir. Qarşıda duran məsələlərin uğurla həllinə nail olmaq üçün üzv ölkələr və tərəfdaş qurumlar ortaq imkanlarını səfərbər etməli, mövcud resursları səmərəli şəkildə yönəltməlidirlər. Çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, güclü sosial siyasətlər müqavimət əsaslı və davamlı Türk dünyasının çiçəklənməsi üçün vacibdir. İclasda məhsuldar fikir mübadiləsinin aparıldığını vurğulayan K.Ömüralıyev, hazırki dövr üçün əldə olunan inkişaf mərhələsinin daha da gücləndirilməli olduğunu və müştərək hədəflərə çatmaq üçün çiyin-çiyinə addımlamağın vacibliyini diqqətə çatdırıb. Sonda iclasda fəal iştiraklarına görə Təşkilata üzv və müşahidəçi dövlətlərə təşəkkürünü bildirən Baş katib, hər bir ölkənin səyləri və töhfəsinin uğurlu nəticələrə gəlmək üçün zəmin olduğunu bildirib. Mərasim bədii hissə ilə davam edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi