Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Yuxarı sinif şagirdləri ilə narkomaniyanın fəsadları mövzusunda görüş keçirilib

10 fevral 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə narkomaniyanın fəsadları mövzusunda maarifləndirici görüş keçirilib. Yuxarı sinif şagirdlərinin iştirak etdiyi görüşdə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev və “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi" İctimai Birliyinin sədri Nail Kəmərli narkotikin insan həyatına vurduğu zərərlərdən bəhs ediblər. N.Kəmərli narkotik asılılığından əziyyət çəkən insanların həyatından, onların üzləşdiyi çətinliklərdən danışıb. Bu asılılığın uşaqlar arasında yayılmaması üçün onları ayıq-sayıq olmağa çağırıb. Daha sonra narkotik asılılığından əziyyət çəkən insanların həyatını əks etdirən video-materiallar nümayiş olunub. Görüşdə 14 il narkotik asılılığından əziyyət çəkmiş, Sambo idman növü üzrə dünya və Avropa çempionu olmuş Vüqar Məmmədov narkotikin onun həyatına gətirdiyi fəsadlardan danışıb, yeniyetmələrin bu bəlaya düçar olmaması üçün tövsiyələrini verib. Sonda uşaqların sualları cavablandırılıb.

Ətraflı
Uşaqları təhlükəli oyunlardan qoruyaq!

Son zamanlar müxtəlif sosial şəbəkələrdə yayılan bir sıra xəbərlər uşaqların internetdəki təhlükəli oyunlardan müdafiəsi mövzusunu yenidən gündəmə gətirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, valideynlərə övladlarının öz yaş kateqoriyasına uyğun informasiya məhsulundan faydalanmasına ciddi diqqət yetirməyi, uşaqların internetdən istifadə müddətinin düzgün tənzimlənməsinə məsuliyyətlə yanaşmağı, xüsusən də valideyn nəzarəti proqramlarından istifadə etməyi tövsiyə edirik. Nəzərə alsaq ki, uşaqlar internetdən tədris, rəqəmsal resursların əldə olunması, müxtəlif sahədə bilik və bacarıqların artırılması, asudə vaxtlarında inkişaf və əyləncə məqsədilə istifadə edirlər, onların internet təhlükəsizliyinin təmin olunması ən aktual məsələlərdəndir. Uşaqların zərərli informasiyadan qorunması məqsədilə, valideynlər üçün aşağıdakı tövsiyələri təqdim edirik:  ·        Övladınızın öz yaş kateqoriyasına uyğun informasiya məhsulundan faydalanmasına ciddi nəzarət edin. ·        Uşağın istifadə etdiyi informasiya məhsullarının yaş kateqoriyasına uyğun düzgün  işarələndiyindən əmin olun. ·        Yaş kateqoriyası düzgün işarələnməmiş məhsul aşkarladıqda, Dövlət Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına müraciət edərək, məlumat verməyi unutmayın. ·        Övladınızın maraqlandığı informasiya məhsulları (bədii kitablar, rəqəmsal oyunlar, film, video və digər audiovizual məhsullar, musiqilər, ziyarət etdiyi teatr, konsert, sərgi və digər mədəni-kütləvi tədbirlər) haqqında  ilk öncə özünüz məlumat əldə etməyə çalışın. ·        Övladınızın istifadə etdiyi kompüter, planşet, smart telefon, televizor və digər rəqəmsal avadanlıqlara valideyn nəzarəti proqramları (məsələn: Google tərəfindən ödənişsiz təklif olunan “Family Link”) yükləyin və  uşaqda asılılığın yaranmaması üçün gün ərzində istifadə müddətini onun yaşına uyğun olaraq tənzimləyin. ·        Müasir dövrdə azyaşlıların zərərli informasiyanın ən təhlükəli formaları ilə internətdə rastlaşdığını nəzərə alsaq, 12 yaşa qədər övladınızın sosial şəbəkələrdən (“İnstagram”, “TikTok”, “Snapchat”, “Facebook” və s.) istifadə etməsinə məhdudiyyət qoyun. ·        Övladınıza sosial şəbəkələrdə tanımadığı insanlarla ünsiyyət qurmamağı, adı, soyadı, fotoşəkilləri, evinin və ya məktəbinin ünvanını, telefon nömrəsi, şifrələri və digər şəxsi məlumatlarını paylaşmamağı tapşırın. ·        İstifadə etdiyiniz internet şəbəkəsi üzərində filtr proqramlarının tətbiq olunmasına çalışın. ·        Övladınızla daha çox vaxt keçirərək, onunla həmsöhbət olun, çətinliklərini, problemlərini, qorxularını dinləyin, ən etibarlı dostu siz olun. Ölkəmizdə 2018-ci ildən etibarən uşaqların zərərli informasiyadan qorunması sahəsində xüsusi qanunvericilik formalaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli, 2074 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə, layihəsi Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli Qanunu 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minmişdir. Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Bu Qanunun icrasına nəzarət həm dövlət, həm də ictimai nəzarət formalarında həyata keçirilir. Belə ki, uşaqları zərərli informasiyadan qorumaq məqsədilə müvafiq dövlət qurumları ilə yanaşı, qeyri-dövlət qurumları, böyükdən-kiçiyə bütün vətəndaşlar, xüsusən də valideynlər, müəllimlər, yetkinlik yaşına çatmayanlarla birbaşa çalışan şəxslər öz dəstəyini əsirgəməməli, bu prosesin iştirakçısına çevrilməlidirlər. Zərərli informasiya dedikdə, uşaqlar üçün nəzərdə tutulmayan, uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumat nəzərdə tutulur. Uşaq siyasətini həyata keçirən qurum kimi Dövlət Komitəsi tərəfindən uşaqların zərəli informasiyadan qorunması sahəsində  müxtəlif istiqamətdə işlər görülür, uşaqların internet məkanında, sosial şəbəkələrdə zərərli informasiyadan qorunması məqsədilə təbliğat-təşviqat işləri aparılır, mütəxəssislər, valideynlər və uşaqlar üçün təlimlər təşkil olunur, bu sahədə analitik təhlillər aparılır, maarifləndirmə vəsaitləri, çap məhsulları hazırlanır. Uşaqları zərəli informasiyadan qoruyaq!

Ətraflı
Regionlarda erkən evliliklər və qohum nikahlarının fəsadları mövzusunda görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 3-7 fevral 2025-ci il tarixlərində təhsil müəssisələrində erkən evliliklərin və qohum nikahlarının qarşısının alınması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər, bu kimi halların insanların fiziki və psixi sağlamlığına vurduğu zərərlər barədə maarifləndirici görüşlər keçirilib. Tədbirlərdə Rayon İcra Hakimiyyətləri, rayon polis şöbələri, mediasiya təşkilatı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsinin nümayəndələri, təhsil və tibb işçiləri, məktəblərin müəllim və şagird kollektivi, tələbələr, valideynlər, icma sakinləri iştirak ediblər. Çıxış edən ekspertlər qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması barədə müzakirələr aparıblar. Tədbirlərdə həmçinin erkən evlilik və qohum nikahlarının fəsadlarından danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirmə materialları paylanılıb.

Ətraflı
Yevlaxda vətəndaş qəbulu keçiriləcək

Yevlaxda vətəndaş qəbulu keçiriləcək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 14 fevral 2025-ci il tarixində, saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Yevlax və Mingəçevir şəhər sakinlərinin müraciətlərinə baxılacaq.  

Ətraflı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulunu elan edir

Dövlət Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə 7 fevral 2025-ci il tarixindən başlanılacaq. Komitə yanında İctimai Şuraya üzv seçilmək üçün namizədlərin sənədləri hər bir vətəndaş cəmiyyəti orqanından bir nəfər olmaqla 11 mart 2025-ci il tarixinədək Komitənin seçki komissiyasına təqdim olunmalıdır. İctimai Şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir: 1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə); 2. namizədin şəxsiyyət vəsiqəsinin surəti; 3. namizədin tərcümeyi-halı; 4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti; 5. şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər) Sənədlərin qəbulu və baxılması Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Seçki Komissiyası tərəfindən baxılır. Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.  Namizədlər qeyd olunan sənədləri 2025-ci il 7 fevral - 11 mart tarixləri arasında, iş günləri saat 10:00-dan 17:00-dək Dövlət Komitəsinə şəxsən təqdim edə və ya ictimaishura@family.gov.az  elektron ünvan vasitəsilə onlayn formada müraciət edə bilər.  Əlavə məlumat üçün Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinə (tel: 012 498-80-93) müraciət edə bilərsiniz. 

Ətraflı
Regionlarda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbirlər həyata keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən gənclərlə işləyən yerli idarə və müəssiələrlə birlikdə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclər, gənc ailələrin iştirakı ilə əyləncəli viktorinalar keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən natiqlər iştirakçıları Gənclər Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclərlə iş sahəsində, o cümlədən gənclərin ailə həyatına hazırlanması, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, valideyn məsuliyyətinin artırılması istiqamətində həyata keçirilən layihələrdən, gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsindən bəhs edib, gənc valideynlərə övladlarını milli, vətənpərvərlik ruhunda tərbiyə etməyi tövsiyə ediblər. Viktorinada iştirakçılar onlara ünvanlanmış sualları cavablandırıb, maraqlı tapşırıqları icra edib, birlikdə yaddaqalan vaxt keçiriblər. Yekunda fərqlənən iştirakçılara hədiyyələr təqdim olunub.

Ətraflı
Regionlarda “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 31 yanvar 2025-ci il tarixində növbəti “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Türkan, Ağdam rayonunun Qasımbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Hacıqabul rayonunun Navahı, Göygöl rayonunun Quşqara, Qəbələ rayonunun Böyük Pirəlli, İsmayıllı rayonunun Günəşli, Saatlı rayonunun Mircəlalkənd, Sabirabad rayonunun Qaralar, Zaqatala rayonunun Lahıc, Zərdab rayonunun Əlvənd kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma, məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər yer alıb. Həmçinin, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. “Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı
2 Fevral - Azərbaycan Gəncləri Günüdür

Əziz gənclər, hər birinizi 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edir, uğurlu həyat yolu arzu edirik.

Ətraflı
Məhkum qadınlarla görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əməkdaşlıq çərçivəsində qadın məhkumlarının problemlərinin öyrənilməsi, hüquqi maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 31 yanvar 2025-ci il tarixində Komitə əməkdaşları Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlarla görüşüblər.Görüş zamanı 20 məhkum qadın ərizə ilə müraciət edib. Müraciətlər arasında məhkumların internat və uşaq evlərində təhsil alan uşaqlarının, özləri və ailələrinin sosial vəziyyəti, ailələ ilə ünsiyyət, əlillik, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı problemlər və digər məsələlər yer alıb.Qeyd edək ki, müraciətlər Komitə tərəfindən araşdırılaraq, müvafiq qurumlara yönləndiriləcək

Ətraflı