Media
Xəbərlər
Bələdiyyə seçkiləri ərəfəsində regionlarda qadınların fəallığının artırılması məqsədilə növbəti görüş Zaqatalada keçirilib
27 yanvar 2025-ci il tarixində Zaqatala rayonunun Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə təşkilatçılığı ilə “Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə “Bərabər İnkişaf Naminə” Koalisiyasının sədri Təranə Kərimova çıxış edərək ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini və bugün Azərbaycan qadınının ən müxtəlif sahələrdə fəal təmsil olunduğunu diqqətə çatdırıb. O, qadınların bütün sahələrdə fəallıq nümayiş etdirməsinin vacibliyini bir daha vurğulayaraq, 29 yanvar 2025-ci il tarixində ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınları aktiv olmağa çağırıb. Sonra 112 saylı Zaqatala seçki dairəsinin katibi Harun Əsgərov rayonda seçkiyə hazırlıq prosesi və seçki prosedurları barədə məlumat verərək qadınların bu fəallığının əhəmiyyətini qeyd edib. Daha sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zaqatala rayon Komitəsin sədri Sona Qazıyeva, “Yeni Fikir” İB-nin sədri Elmira Mehdiyeva, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova, Yengiyan kənd bələdiyyəsinin sədri Xuraman Şabanova, Mazıx kənd Bələdiyyəsinin sədri Kahay Corova çıxış edərək, rayonda qadınların fəallığından, onların uğurlarından bəhs ediblər. Sonda mövzu ətrafında təkliflər dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici görüşlər keçirilib. 21-24 yanvar 2025-ci il tarixlərində baş tutan tədbirlərdə rayon idarə və müəssisələrin nümayəndələri, təhsil və səhiyyə işçiləri, mərkəzlərin ekspert qruplarının üzvləri, məktəblilər, gənclər, gənc ailələr, icma sakinləri iştirak ediblər. Ekspertlər tərəfindən reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması, sağlam cəmiyyətin qurulmasında ailə dəyərlərinin əhəmiyyəti, ailədaxili münasibətlərin düzgün qurulması barədə məlumat verilib, həmçinin qohum nikahları və erkən evliliklərin fəsadları, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyətindən danışılıb, təqdimatlar nümayiş etdirilib. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə materialları paylanılıb.

"Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mərkəzi Seçki Komissiyasının və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı çərçivəsində Göyçayda "Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib. "Bərabər İnkişaf Naminə" Koalisiyanın Göyçay rayonu üzrə nümayəndəsi Aynur Mahmudova çıxış edərək, fəal qadınların cəmiyyət həyatında rolu, Azərbaycan qadının müxtəlif sahələrdə artan uğurları barədə məlumat verib. Göyçay rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Vüsalə Məmmədova 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində qadınların fəallığının və təmsilçiliyinin artırılmasının zəruriliyindən danışıb. 91 saylı DSK-nın baş məsləhətçisi Azər Mikayılov son dövrlərdə Azərbaycan Respublikasının ictimai, siyasi və sosial məsələlərində qadın aktivliyini və birliyini vurğulayıb. Tədbir müzakirələrlə davam edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kürdəmirdə vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 24 yanvar 2025-ci il tarixində keçirilən görüşdə Kürdəmir, Zərdab və Ucar rayon sakinlərinin müraciətlərinə baxılıb. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında işlə təmin olunma, pozulmuş hüquqların bərpası, sosial yardım, uşaqla ünsiyyət, sağlamlıq və müalicə, ailə münaqişəsi, boşanmadan sonra yaranan problemlər və digər məsələlər yer alıb. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

''Mediasiya – yeni trendlər və gözləntilər” mövzusunda konfrans - ictimai müzakirə həyata keçirilib
23 yanvar 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi, Milli Məclisin deputatı Səbinə Salmanova, Mediasiya Şurası və Sumqayıt 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı" çərçivəsində “Mediasiya – yeni trendlər və gözləntilər” mövzusunda konfrans - ictimai müzakirə həyata keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov mediasiya prosesində qadın və uşaq hüquqlarının müdafiəsi, ailədaxili münasibətlərin tənzimlənməsi və BMT-nin CEDAW Konvensiyasının tövsiyələrinin icrası ilə bağlı çıxış edib.

Dövlət Komitəsi vakansiya elan edir
Öz karyeranıza psixoloq, sosial pedaqoq, sosial iş üzrə mütəxəssis, baş mühasib olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (Bakı şəhəri Şüvəlan qəsəbəsi, Goranboy, Ağdam, Hacıqabul, Göygöl, Sabirabad, Saatlı, İsmayıllı, Qəbələ, Zaqatala, Zərdab rayonları üzrə) davam etmək istəyirsinizsə CV formanızı region@family.gov.az ünvanına göndərə bilərsiniz. Müraciət edərkən “Mövzu” bölməsində iddia edilən vəzifənin adı və rayon mütləq qeyd olunmalıdır. Mərkəzlərə işə qəbul müsahibə formasında, şəffaflıq və bərabərlik prinsipləri əsasında təşkil olunur. Müvafiq tələblərə uyğun gələcəyiniz təqdirdə müsahibəyə dəvət ediləcəksiniz. - CV Azərbaycan dilində tərtib edilməlidir. - Baş mühasib vəzifəsi üçün namizədlərin peşəkar mühasib sertifikatı (İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS) olmalıdır. Mərkəz əməkdaşlarının vəzifə təlimatı barədə məlumatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz. Vəzifə təlimatları

Ağcabədi rayonunda qadınların bələdiyyə seçkilərində fəallığının artırılması məqsədilə tədbir təşkil edilib
“Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” mövzusunda növbəti tədbir Ağcabədi rayonunda keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı ilə baş tutan tədbiri Koalisiyanın Ağcabədi rayonu üzrə nümayəndəsi Nuridə Hacıyeva açaraq, Koalisiyanın fəaliyyəti haqqında məlumat verib, bir neçə gün sonra ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınları fəal iştirak etməyə çağırıb. Daha sonra 85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsinin Dairə Seçki Komissiyasının baş məsləhətçisi Bəyoğlan Tağıyev çıxış edərək qadınların ictimai-sosial həyatda aktivlik göstərməsinin xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, qadınların seçkilərdə fəallığı demokratik cəmiyyətin inkişafı üçün mühüm addımdır. Sonda tədbir iştirakçıları fikir və təkliflərini səsləndiriblər.

Bələdiyyə seçkiləri ərəfəsində regionlarda qadınların fəallığının artırılması məqsədilə növbəti görüş Bərdədə keçirilib
22 yanvar 2025-ci il tarixində Bərdə rayonunda Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və "Bərabər İnkişaf Naminə" Koalisiyanın birgə əməkdaşlığı ilə "Bələdiyyə seçkilərində qadınların fəallılığının yüksəldilməsi" mövzusunda görüş keçirilib. "Bərabər İnkişaf Naminə" Koalisiyanın Bərdə rayonu üzrə nümayəndəsi Səadət Qaraşova çıxış edərək, Azərbaycan qadınlarının ictimai-siyasi həyatın hər bir sahəsində daim aktivlik nümayiş etdirməsinin sevindirici hal olduğunu qeyd edib. Rayonun fəal qadınlarından olan Aygün Hüseynova seçkilərdə qadınların rolu barədə danışaraq, 29 yanvar 2025-ci ildə ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində onları aktiv iştirak etməyə dəvət edib. Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.
“Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” layihəsi davam edir
21 yanvar 2025-ci il tarixində “Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” mövzusunda növbəti tədbir Tərtər rayonunda keçirilib. Tədbirdə çıxış edən Tərtər Qadın Resurs Mərkəzinin koordinatoru, “Bərabər İnkişaf Naminə” Koalisiyanın Tərtər Rayonu üzrə nümayəndəsi Qumru Şəmilova bütün sahələrdə olduğu kimi siyasi mühitdə də qadınların fəal iştirakının müşahidə olunduğunu vurğulayıb, bir neçə gün sonra ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınları fəal iştiraka çağırıb. Seçkilərə hazırlıq prosesi və prosedurlar haqqında məlumatı diqqətə çatdıran 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi Dairə Seçki Komissiyasının katibi Çiçək Ələsgərova, bu kampaniyada qadınların aktiv iştirakının əhəmiyyətindən söz açıb. 2019-cu ildə Tərtər Şəhər Bələdiyyəsinin sədri seçilmiş Tünzalə Vəliyeva öz çıxışında qadınların ictimai-sosial həyatda aktivlik göstərməsinin xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb. Tədbirdə həmçinin Tərtər Qadın Resurs Mərkəzinin üzvü olan bir qrup sahibkar qadınların çıxışları və təklifləri dinlənilib. Qeyd edək ki, tədbirlər Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı ilə keçirilir.