Media
Xəbərlər

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Qazax rayonunda görüş keçirilib
İyunun 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Qazax rayonunda görüş keçirilib. Qazax Gənclər Evində təşkil olunan tədbirin açılışında iştirakçıları salamlayan Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülayə Həsənova layihənin regionlarda yaşayan qadınların və gənc qızların inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslərdən biri olduğunu bildirib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aytac Əjdərli çıxış edərək ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanlar, eləcə də regionlarda təşkil olunan maarifləndirici və motivasiyaedici layihələrin əhəmiyyətindən bəhs ediblər. Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. BMT-nin Məskunlaşma Proqramının Təbliğat və layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə və “Maestro School”un rəhbəri Leyla Səfərli öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.
Paytaxt və regionlarda ictimai dinləmələr keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 12-16 iyun 2026-cı il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları” mövzusunda ictimai dinləmələr keçirilib. İctimai dinləmələrdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu barədə ətraflı məlumat verilib. İctimai dinləmələrdə Mərkəzlərin, rayon idarə və müəssisələrin əməkdaşları, vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər. Qeyd edilib ki, ölkəmizdə son illərdə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizminin formalaşdırılması, çətin həyat şəraitində olan uşaqların, xüsusilə də valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, erkən və qohum evliliyi, məişət zorakılığı, uşaqlara qarşı cinsi istismar və cinsi zorakılığın qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunması istiqamətlərində qəbul edilən hüquqi sənədlər minlərlə uşağın rifahına, həyat keyfiyyətinə təsir edib, həyatlarını dəyişib. İctimai dinləmələrdə həmçinin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrası istiqamətində görülən işlərdən də bəhs edilib. Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq sahədə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Şuşada vətəndaş qəbulu
Bahar Muradova 16 iyun 2026-cı il tarixində ilk dəfə Şuşa şəhərində vətəndaş qəbulu keçirib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Şuşa Şəhər Xüsusi Nümayəndəliyində yerləşən büstünün önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Qəbula gələn şəhər sakinləri hər hansı bir fərdi problemlərinin və ya çətinliklərinin olmadığını, əsas məqsədlərinin görüşmək, fikir mübadiləsi aparmaq və göstərilən dövlət qayğısına görə təşəkkürlərini çatdırmaq olduğunu bildiriblər. Vətəndaşlar doğma yurdlarında yaradılan yaşayış şəraiti, aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndiriblər. Qəbul zamanı ailə - məişət problemləri və sosial rifahla bağlı müraciətlərin demək olar ki, olmaması işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesinin müsbət nəticələrini əks etdirir. Şuşada təhlükəsiz və rahat həyat şəraitinin təmin olunması istiqamətində görülən işlərdən razılıqlarını ifadə edən sakinlər ailə təsərrüfatlarının yaradılması, şəhərin sosial həyatının inkişafı ilə bağlı bir sıra təkliflər də irəli sürüblər. Onlar Şuşada uşaq bağçasının fəaliyyətə başlamasının və Şuşa–Xankəndi avtobus marşrutunun açılmasının məqsədəuyğun olacağını vurğulayıblar. Səsləndirilən təkliflər qeydə alınaraq aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib.

Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Oğuz rayonunda görüş keçirilib
İyunun 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Oğuz rayonunda görüş keçirilib. Oğuz Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirin açılışında iştirakçıları salamlayan Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Ağababayev layihənin regionlarda yaşayan qadınların və gənc qızların inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslərdən biri olduğunu bildirib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Vəfa Ağalarova çıxış edərək ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanlar, eləcə də regionlarda təşkil olunan maarifləndirici və motivasiyaedici layihələrin əhəmiyyətindən bəhs ediblər. Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini, “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova, eləcə də “Azer Legal Group”un rəhbəri, “Citomed” klinikasının icraçı direktoru, həkim və mediator Günel Əliyeva öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.

İş yerlərində ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlığı ilə “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” və “İş yerlərində əməyin mühafizəsi” mövzusunda tədbirkeçirilib. Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqarqızı tədbirdə “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı əmək münasibətlərində bərabər yanaşma prinsipinin təmin olunmasının əhəmiyyəti vurğulanıb, işə qəbul, əmək şəraiti, əməkhaqqı və karyera yüksəlişi proseslərində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin qadınların əmək hüquqlarının müdafiəsi, analığın mühafizəsi və gender bərabərliyinin təmin olunması istiqamətində mövcud qanunvericilik və dövlət siyasəti barədə ətraflı məlumat verilib. Dövlət və özəl işəgötürən təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə iş yerlərində ayrı-seçkiliyin qarşısının alınması, sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılması, eləcə də işəgötürənlərin bu sahədə üzərinə düşən vəzifələr müzakirə olunub. İşçilərin hüquqlarına hörmətlə yanaşılmasının və inklüziv əmək münasibətlərinin təşviqinin sosial rifahın və əmək məhsuldarlığının artırılmasında mühüm rol oynadığı qeyd edilib. Sonda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb. Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın “İş yerlərində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması üzrə maarifləndirmə işinin təşkili” bəndinin icrası məqsədilə təşkil olunub.

Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsinə dair tədqiqat və “Uşaqlar və hüquq” kitabı təqdim olunub
10 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və hüquq” adlı maarifləndirici kitabın təqdimatı keçirilib. Tədbirin məqsədi uşaqların və yeniyetmələrin hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, eləcə də bu istiqamətdə aparılan elmi-praktik fəaliyyətin nəticələrinin ictimaiyyətə təqdim olunması olub. Tədbiri giriş sözü ilə açan Bahar Muradova qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən və dövlət qurumlarının əsas fəaliyyət sahələrindən biri olmaqla yanaşı, bu istiqamətdə elmi ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının, ictimai sektorun və digər aidiyyəti tərəflərin fəal iştirakı da mühümdür. O bildirib ki, qanunvericilik bazasının yaradılması və onların icrasının təmin olunması ilə yanaşı, hüquq daşıyıcılarının öz hüquqlarını bilməsi, onları müdafiə etməyi öyrənməsi və bu prosesə cəlb olunması çox əhəmiyyətlidir. Əlavə edib ki, cəmiyyətdə hüquq şüurunun formalaşdırılması uşaqlıq dövründən başlanmalı və bu istiqamətdə ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilməlidir. B.Muradova, dövlət tərəfindən uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi, onların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində mühüm addımların atıldığını deyib. Bu kontekstdə yaxın zamanda qəbul edilmiş yeni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu xatırladan sədr, qanunda uşaqlarda hüquq mədəniyyətinin və hüquqi şüurun formalaşdırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini bildirib. Çıxış zamanı B. Muradova, aparılan tədqiqatın bu sahədə mövcud problemlərin və imkanların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb, əldə olunan nəticələrin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, elmi, siyasi və hüquqi əsasların daha da təkmilləşdirilməsinə töhfə verəcəyini deyib. “Uşaqlar və hüquq” kitabının hazırlanmasında əsas məqsədin uşaqların erkən yaşlardan milli-mənəvi və ailə dəyərləri əsasında formalaşmasına və məsuliyyətli vətəndaş kimi yetişməsinə dəstək vermək olduğunu qeyd edən sədr, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində uşaqlarda hüquq şüurunun erkən yaşlardan formalaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını söyləyib. O, güclü və hüquqi dövlətin gələcəyinin hüquq və məsuliyyət hissinə malik, sağlam dəyərlərlə formalaşan uşaqların yetişdirilməsindən başladığını vurğulayaraq, təqdimatın bu sahədə yeni təşəbbüslərin və əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Daha sonra təhsilin idarə olunması üzrə fəlsəfə doktoru, tədqiqatçı Qoşqar Məhərrəmov “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat işini təqdim edib. O bildirib ki, tədqiqatın əsas məqsədi ölkədə yeniyetmələrin hüquq düşüncəsinin mövcud vəziyyətini hərtərəfli təhlil etmək, bu sahəyə təsir göstərən amilləri müəyyənləşdirmək və mövcud boşluqların aradan qaldırılması üçün əsaslandırılmış tövsiyələr hazırlamaqdır. Q.Məhərrəmov, 2000-ə yaxın şagird arasında keçirilən sorğu əsasında hazırlanan təhlilin nəticələri, metod və strukturu barədə ətraflı məlumat verib. Uşaqların hüquq savadlılığına nail olmaq məqsədilə təklif və strateji təşəbbüsləri səsləndirib. Ardınca “Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib. Vəkillər Kollegiyasının üzvü Abil Bayramov, nəşrin hazırlanmasında əsas məqsədin uşaqları öz hüquq və vəzifələri barədə məlumatlandırmaq, hüquqların təmin edilməsində ailə, məktəb və dövlətin üzərinə düşən öhdəliklərlə onları tanış etmək, hüquqlarından səmərəli istifadə etməyə və vəzifələrinə, davranışlarına məsuliyyətlə yanaşmağa təşviq etmək olduğunu bildirib. Qeyd edilib ki, kitab hazırlanarkən uşaqların yaş xüsusiyyətləri, maraqları və anlama səviyyələri nəzərə alınıb, hüquqi biliklər bədii və həyati situasiyalara əsaslanan qısa hekayələr vasitəsilə təqdim olunub, eyni zamanda ədalət, empatiya və bərabərlik kimi bir çox dəyərlər də aşılanıb. Çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkədə uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu yanaşmanın ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” fikrinə əsaslandığını qeyd edib. O bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə uşaqların və həssas qrupların hüquqlarının müdafiəsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Kamran Əliyev çıxışında “Azərbaycan Respublikasında uşaqlara dair 2020–2030-cu illər Strategiyası”nın əhəmiyyətini qeyd edərək, qanunvericiliyin daim təkmilləşdirildiyini və uşaqların hüquqlarının daha etibarlı müdafiəsi üçün kompleks islahatların aparıldığını diqqətə çatdırıb. O, 2025-ci ilin göstəricilərinə əsasən yetkinlik yaşına çatmayan şəxslərlə bağlı cinayət və zərərçəkmişlik halları üzrə statistik rəqəmləri açıqlayıb, hüquqi maarifləndirmə və profilaktikanın gücləndirilməsinin zəruriliyini qeyd edib. Təqdim olunan nəşrlərin uşaqların hüquqi biliklərinin artırılması və hüquq düşüncəsinin formalaşması baxımından əhəmiyyətini qeyd edib, bu istiqamətdə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, istənilən mövzu üzrə müzakirələrin elmi tədqiqatlara əsaslanması daha faydalıdır və bu baxımdan təqdim olunan tədqiqatın əhəmiyyətini vurğulayaraq, onun nəticələrinə metodoloji yanaşmanın vacibliyini qeyd edib. Nazir, uşaqların informasiya əldəetmə mənbələrinin dəyişdiyini, sosial media və rəqəmsal platformaların əsas mənbələrdən birinə çevrildiyini qeyd edib. O həmçinin rəqəmsal dövrün təhsil və öyrənmə metodlarını dəyişdirdiyini, ənənəvi yanaşmalarla yanaşı yeni texnologiyaların, o cümlədən süni intellektin tədris prosesinə inteqrasiyasının zəruri olduğunu qeyd edib. Onun sözlərinə görə, əsas məqsəd bu imkanlardan təhlükəsiz və səmərəli istifadə mexanizmlərinin formalaşdırılmasıdır. Sonda nazir təhsil sisteminin dəyişən reallıqlara uyğunlaşdırılmasının vacibliyini qeyd edərək, təqdim olunan tədqiqat və nəşrlərin bu istiqamətdə müzakirələr üçün mühüm əsas yaratdığını bildirib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, təqdim olunan tədqiqat hesabatının yeniyetmələrin hüquq düşüncəsinin formalaşması prosesini hərtərəfli araşdıran mühüm elmi mənbə olduğunu vurğulayıb. O, yeniyetməlik dövründə formalaşan hüquq düşüncəsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını, bu sahədə aparılan empirik araşdırmaların hüquqi maarifləndirmə siyasətinin daha səmərəli qurulmasına xidmət etdiyini qeyd edib. A.Bağırov “Uşaqlar və hüquq” kitabının bu sahədə mövcud ədəbiyyat boşluğunu dolduran mühüm nəşr olduğunu vurğulayıb. O, kitabın vəkil ictimaiyyətinin uşaq hüquqları sahəsinə dərin bağlılığının, digər tərəfdən isə Vəkillər Kollegiyası üzvlərinin gündəlik peşəkar fəaliyyətlərindən kənarda da cəmiyyətə dəyərli töhfələr verdiyinin bariz nümunəsi olduğunu deyib. Bildirilib ki, təqdim olunan tədqiqat və kitab hüquqi maarifləndirmə sahəsində mühüm resurs olmaqla yanaşı, dövlət qurumları, təhsil müəssisələri, valideynlər və mütəxəssislər üçün də faydalı vəsait rolunu oynayacaq. Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini İsmət Əliyev, Nazirlik tərəfindən uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən əməli və institusional tədbirlərin əhəmiyyətini vurğulayıb. O, təhsil prosesində uşaqların hüquqlarının qorunması və təhlükəsiz mühitin təmin olunması üçün görülən işlərin sistemli şəkildə davam etdirildiyini qeyd edib. Nazir müavini çıxışında müasir dövrdə uşaqların qarşılaşdığı risklərin təkcə fiziki mühitlə məhdudlaşmadığını, virtual məkanın da ciddi təhlükə mənbəyinə çevrildiyini qeyd edib. O bildirib ki, sosial şəbəkələr və digər rəqəmsal platformalarda psixoloji təzyiq, zərərli kontent, şantaj və onlayn istismar halları müşahidə olunur. Bu səbəbdən uşaqların hüquqlarının qorunması, onların təhlükəsizliyinin təmin edilməsi və maarifləndirilməsi istiqamətində aidiyyəti dövlət qurumları, təhsil müəssisələri, ailələr və vətəndaş cəmiyyəti institutları ilə birgə kompleks tədbirlər həyata keçirilir, məktəblərdə görüşlər təşkil olunur və müvafiq monitorinqlər aparılır. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov çıxışı zamanı uşaqların hüquq anlayışının erkən yaşlardan formalaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bu prosesdə ailənin və xüsusilə valideynlərin rolunu ön plana çəkib. Eyni zamanda hüquqi maarifləndirmənin genişləndirilməsinin vacibliyini qeyd edən S. Mahmudov bu istiqamətdə həyata keçirilən kampaniyaların əhəmiyyətini yüksək qiymətləndirib, təqdim olunan tədqiqat işi və kitabı mühüm elmi mənbə kimi dəyərləndirib. Tədbir müzakirələrlə davam edib.

“Təhlükəsiz və şəffaf rəqəmsal mühit: həssas qrupların müdafiəsi” mövzusunda təlim keçirilib
9 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti institutları və dövlət orqanlarının əməkdaşları üçün “Təhlükəsiz və şəffaf rəqəmsal mühit: həssas qrupların müdafiəsi” mövzusunda təlim keçirilib. Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov Azərbaycanda rəqəmsal təhlükəsizlik və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, mövcud qanunvericilik bazası və bu sahədə qarşıya çıxan çağırışlar barədə məlumat verib. O, xüsusilə qadınlar, uşaqlar və digər həssas qrupların rəqəmsal mühitdə üzləşə biləcəyi risklərə diqqət çəkərək, onların hüquqlarının müdafiəsində dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti institutlarının da mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda, Dövlət Komitəsi tərəfindən görülən işlər barədə məlumat verilib, təhlükəsiz, inklüziv və insan hüquqlarına əsaslanan rəqəmsal mühitin formalaşdırılmasının əhəmiyyəti qeyd olunub, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda onların etik və məsuliyyətli istifadəsi məsələsinə də toxunulub. Təlim çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Emin İsmayılzadə, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin baş məsləhətçisi Nicat Zahirov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət xidmətlərinin dizaynı innovasiya şöbəsinin böyük məsləhətçisi Zəhra Həşimova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə edilməsi üzrə meneceri Günay Vəliyeva, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Tahir Qurbanov mövzu üzrə təqdimatla çıxış ediblər. Çıxışlarda kibercinayətkarlığa qarşı mübarizə sahəsində milli qanunvericilik, hüquq-mühafizə orqanlarının mübarizə strategiyaları, kibercinayətlərin spesifik xüsusiyyətləri, rəqəmsal savadlılığın artırılması və şəffaflığın təmin olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, rəqəmsal mühitdə mövcud risklər, onların qarşısının alınması mexanizmləri və həssas qrupların kibertəhlükələrdən qorunması istiqamətində görülən tədbirlər müzakirə olunub. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, təlim Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nının müvafiq bəndinə əsasən keçirilib.

Xankəndidə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş keçirilib
5 iyun 2026-cı il tarixində Xankəndi şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş təşkil olunub. Qarabağ Universitetində keçirilən tədbirdə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və peşəkar inkişafının dəstəklənməsi, onların ictimai həyatda fəal iştirakının təşviqi məsələləri müzakirə olunub. Tədbirin açılışında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı Ədibə Quliyeva layihənin qadınların inkişafına yönəlmiş mühüm təşəbbüslərdən biri olduğunu qeyd edib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Universitetinin Tələbələrlə iş mərkəzinin direktoru Gülşən Qasımzadə, Dövlət Komitəsinin əməkdaşı Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aytac Əjdərli çıxışlarında qadınların səlahiyyətləndirilməsi istiqamətində görülən işlərdən, onların inkişafı üçün yaradılan imkanlardan və regionlarda həyata keçirilən maarifləndirici layihələrin əhəmiyyətindən danışıblar. Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. Azərbaycan Memarlıq İttifaqının katibi Şeyda Novruzzadə və ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların suallarıcavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.

“Həyatının memarı – Sən özünsən” layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri Binəqədi rayonunda yerləşən 276 nömrəli tam orta məktəbdə “Həyatının memarı – Sən özünsən” layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib. Yeniyetmələr arasında maarifləndirmə işinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan tədbirdə psixoloqlar, müəllimlər və şagirdlər iştirak ediblər. Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək sağlam həyat tərzinin insanın fiziki və psixoloji inkişafına müsbət təsirindən bəhs ediblər. Çıxışlarda zərərli vərdişlərin fərd və cəmiyyət üçün yaratdığı mənfi nəticələr, eləcə də onların qarşısının alınması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib. Müzakirə formatında davam edən görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici çap materialları təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi